Şəhid atası Vəli Rəhimovu milyonluq maliyyə yeyintisində suçlamaq absurddur

Şəhid atası Vəli Rəhimovu milyonluq maliyyə yeyintisində suçlamaq absurddur
 

Auditorlar Palatasının maliyyə rəisi rüşvətxor olsaydı, oğlunu savaşdan yayındırardı

Azərbaycan Respublikası Auditorlar Palatasının maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimovun milyonluq maliyyə yeyintisində suçlanması absurddur. Fikrimizi əli pulla oynayan şəxsin oğlunun 2-ci Qarabağ savaşının ilk günündə şəhid olması faktı gücləndirir. Maliyyə rəisinin oğlu, baş leytenant Kamil Rəhimli 27 sentyabr 2020-ci ildə 27 yaşında Qarabağ- Vətən şavaşında ŞƏHİD olub. Bəyəm bu heç nə demir? Dediyimiz odur ki, şəhid atası rüşvətxor olsaydı, pulu hər şeydən üstün tutsaydı, heç oğlunu savaşın önünə də qoymazdı. Bircə nəfər belə yüksək çinli məmurun uşağının öndə savaşmasını göstərin. Olsa-olsa, qərargahda, maliyyə-mətbuat xidmətlərində günlərini keçirərlər.

Şəhid atasını şərləmək heç kəsə başucalığı gətirməz. İgid Kamil Vəli oğlu yaxanızdan yapışar. Dədəm Qorqudun dediyi kimi, ata oğul qazanar ad üçün, oğul da qılınc qurşanar ata qeyrəti üçün! Şəhid ruhunu incitməyin, şəhid atasının təmiz adını qaytarın!

Məğrur Bədəlsoy

0.02911114692688