Türkiyənin 4 iri şəhərində məktəblər tətilə çıxdı

Türkiyənin 4 iri şəhərində məktəblər tətilə çıxdı
 

Türkiyənin Ardahan, Ağrı, Van və Artvin şəhərlərinin bəzi rayonlarında əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 7-i təhsil dayandırılıb.

Paralel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ardahan valisi Hayrettin Çiçək sosial media hesabından verdiyi açıqlamada şəhərdə güclü qar və çovğunun təsirli olduğunu bildirib.

Çiçək onu da qeyd edib ki, bu, həm də şəhər daxilində dövlət işində çalışan hamilə və əlil şəxslərə şamil olunur.

Digər valiliklər də oxşar açıqlamaları verərək insanları məlumatlandırım.

 

0.088325023651123