Ukraynada beş Rusiya agenti faş edildi

Ukraynada beş Rusiya agenti faş edildi
 

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının keçmiş və indiki məmurlarının daxil olduğu Rusiya FSB-nin kəşfiyyat şəbəkəsinin zərərsizləşdirildiyini bildirib. 

Bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb.

SBU-nun məlumatına görə, qrupun ümumilikdə beş üzvü saxlanılıb, onların arasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş məmurları, həmçinin SBU-nun regional şöbəsinin əməkdaşı da var. 

SBU-ya görə, bu şəxslərin vəzifəsi strateji əhəmiyyətli enerji obyektləri, Ukrayna hərbçilərinin şəxsi məlumatları və digər həssas məlumatlar haqqında kəşfiyyat məlumatlarını Rusiya tərəfinə ötürmək olub. Saxlanılanlar bir kuratorla - hazırda Krımda olan FSB zabiti ilə əlaqə saxlayıblar.

İstintaqın fikrincə, FSB qrup üzvlərini ailələrini öldürmək hədəsi, habelə pul mükafatları verməklə cəlb edib.(qaynarinfo)

 

0.012532949447632