Həftənin sayca 2-ci “Səyyar qəbul otağı” Sabirabad rayonunda təşkil olundu

Həftənin sayca 2-ci “Səyyar qəbul otağı” Sabirabad rayonunda təşkil olundu
 

SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib. "Paralel.az" xəbər verir ki, Qaraağac kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 6 sakin qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb. İlqar Bağırov, Nurlan Zalov və Gülzaman Xudiyeva fərdi yaşayış evlərinin qazlaşdırılmasında tələb edilən mülkiyyət sənədinin olmamasını bildiriblər. Digər müraciətlər isə debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi ilə yanaşı, sayğaca müdaxilə halının araşdırılması ilə bağlı olub. Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlərin qeydiyyatını aparıblar.

0.023386001586914