Taksi sürücülərinin təhlükəsizliyinin qorunması ilə bağlı maraqlı TƏKLİF

Taksi sürücülərinin təhlükəsizliyinin qorunması ilə bağlı maraqlı TƏKLİF
 

Azərbaycanda taksi xidmətinin keyfiyyəti ilə bağlı bəzi problemlər qalmaqdadır. Hər zaman taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsindən, sərnişinlərin təhlükəsizliyindən danışılsa da, sürücülərin təhlükəsizliyi diqqətdən kənarda qalır. Lakin taksi sürücüləri iş başında quldurluq və ya hücuma məruz qala bilirlər. Belə halların dəfələrlə yaşandığından məlumatlıyıq.

Bəs, ölkəmizdə taksi sürücülərinin təhlükəsizliyi necə qorunur?

Mövzu barədə Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bununla bağlı bəzi yeniliklər var:

“Dünyada mövcud olan mexanizmlər onların qorunmasına imkan vermir. Amma bəzi yeniliklər var. “London” taksilərində şəffaf arakəsmələr var. Taksi sürücüləri kabində artıq müştəridən kənar vəziyyətdə olurlar. Amma bu, qorxulu vəziyyətlə üzləşən sürücünün necə xilas ola biləcəyini göstərmir, çünki soyğunçu və yaxud cinayət törətməyə maraqlı olan şəxs istəsə, öz əməlini hansısa formada törədir. Sadəcə, yenilik kimi dünyada bu forma qəbul olunub, tətbiq edilir”.

Ekspertin fikrinə görə, Azərbaycanda bu gün taksi kimi fəaliyyət göstərən avtomobillərin hamısı o standartlara uyğun deyil:

“Bir model seçilib gətirilmir ki, bu maşınlar məhz taksi üçündür. Bu gün ölkədə nə qədər avtomobil modeli varsa, onun hamısının az qala taksi kimi istifadə olunanı var. 

Ona görə də bütün modellər üçün belə bir sistem qurmaq çətindir. Ancaq taksi fəliyyətinin təkmilləşməsi ilə bağlı artıq qaydalar həyata keçirilir. Nəzarət mexanizmi hansısa formada qurulacaq, taksi avtomobillərində kameraların quraşdırılması təklifi var. Ümid edirəm ki, bunlar taksi sürücülərinin qorunmasına bir fayda verəcək”.

 

0.020133018493652