Açıq söhbət - Sadiq Qarayev 

Açıq söhbət - Sadiq Qarayev 
 

Çox qəribədir, gün yarım sonra ölkənin, dövlətin və xalqın teleyinə əhəmiyyətli təsir edəcək hadisə- prezident seçkiləri keçiriləcək, amma cəmiyyətin bir hissəsinin heç vecinə deyil.
Bu nə arxayınçılıq, laqeyidlik və çilə soyuğudur? Bəlkə biz qələbələrdən sonra qış yuxsuna getdik, bir də gələn əsrdə oyanacağıq?
Təkcə seçki məsələsi deyil, qazilər unudulur, şəhidlər yaddan çıxır, elə bil müharibə filan olmayıb. Qəhrəmanlıqlar yada düşmür, köhnəlir, dedi- qoduya, şouya uduzur. Sosial şəbəkələrdə araşdırma aparın, görün nələr dəbdədir, gündlikdədir. Elə bil bir təpənin- Lələtəpənin azad olunmasına 4 il sevinən biz olmamışıq.
Xankəndinə, Xocalıya bayraq taxılanda sanki belə hadisələr gündəlik adi hallardır təsiri yaratdı.
Açıq danışaq, bu milli maraqlara etinasızlıqdır.
Bəlkə səhrədan baxanda ağac altı, sərin bulaq cənnət görünür? Gəlib o sudan içəndən, sirab olandan sonra daha həsrətini çəkmirsən?
Bəlkə Quranda " insanlar sıxıntıdan, çətinlikdən çıxandan sonra daha dua etməz", insanın nankorluğuna işarə edən ayələr bəni adəmin xilqətini daha aydın göstərir... 30 illik Xocalı qanı damdı vicdanımızdan, Şuşa, Laçın və digər rayonların həsrəti boylandı səhər, axşam ümidlərimizin üfüqlərindən. Bəlkə elə aydın, işıqla sabah açıldı ki, biz gecələri unutduq?
Amma gündüz varsa, gecə də mütləqdir. Yəni millətimizin, dövlətimizin çətin, sıxıntılı günləri birdəfəlik olmayacaq fikiri yanlışdır. Təkcə bizim yox, hər bir dövlətin, supergüclülərin də belə gecələri olub, olacaq. Bu qaçılmazdır, həqiqətdir. Əbədi sabah yoxdur, daimi düzxətli yol, hərəkət, proses də yoxdur.
Azərbaycan vətəndəşlarının əksəriyyəti ağıllı, dünya görüşü aydın şəxslərdir. Qonum- qonşularımızı yaxşı tanıyırlar. Məhəlləni, kəndi, dünyanı da yaxşı bilirlər. Hər an hər şeyin dəyişmə ehtimalı olduğunu, dövlətlərin dostu yox maraqları olduğunu da dərk edirlər.
Belə halda necə laqeyidləşə, arxayınlaşa bilərik?
Prezident seçəcəyik. Kimə və nəyə görə səs verməliyik?
İkinci dünya müharibəsi bitəndən sonra müttəfiq qoşunların komandanı Duayt Eyzenhauerin reytinqi o qədər çoz idi ki, Amerikanın hər iki məhşur partiyaları ona prezidentliyə namizəd olmağı təklif etdilər.
Axı o faşizm üzərində qələbə çalan komandan idi.
Hansı ki, əsas qələbəni SSSRİ çalmışdı...
Eyzenhauer isə fikirləşirdi, Respublikaçıları, ya Demokratları seçsin?
O iki dəfə preİdent seçildi.

İlham Əliyevin indiyə qədər gördüyü işləri, qalib komandan olduğunu da qırağa qoyaq.
Kim və hansı qüvvə:
Ondan yaxşı Azərbaycanın qürurunu, müstəqilliyini qoruyacaqdır?
Ondan peşəkar prezident olacaqdır? Ən azı 20 illik təcrübəsi var.
Ondan məntiqli düşünəcək, geniş təsəvvür edəcək, rəqibləri, zamanla oynaya biləcəkdir?
Ondan çox cəsarətli, müdirik, bacarıqlı olacaqdır? Çırtma vuranda ortaya düşüb oynamyacaq, pıkk eləyəndə qaçmayacaqdır?
Ondan aydın yol gedə, göstərə bilər? Azərbaycançılıq məfkurəsi, yoluna alternativ varmı?
Xalqa, dövlətə münasibətdə ondan təbiisi varmı?
İki cür seçmə var:
Təbii seçmə. Mövcud şəraitə uyğun, əlverişli, üstünləri təbiət seçir. Nəticədə dözümlü növlər əmələ gəlir.
Süni seçmə. İnsan öz maraqlarına uyğun əlamətləri seçir. Məsələn almada gözəl göeünüşü, çəki, kəmiyyəti seçir ki, yaxşı satlıq olsun. Nəticədə sortlar əmələ gəlir.
Biz yaxın tarixdə, dünyada, qonşularımzda sort dövlət başçıları çox gördük. Ölkələrinin başına gətirilən oyunları da gördük.
Amma onlar ilk baxışda sort almalar kimi çox cazibədar idilər...
Azərbaycan xalqı çoxdan öz təbii seçimini edib. Mövcud şəraitə uyğun, ən üstün keyfiyyətlər malik olanı seçib və seçəcək.

P.s. İnsafən namizədlərdən biri də mənim xoşuma gəlmişdi, deyirdi seçilsə hər ailəyə həftədə iki dəfə qəzet pulsuz qəzet verilməsini təmin edəcək.
Maarifpərvərlikdir.

0.031645774841309