Bakını Xankəndidən “vurmaq” PLANI - “Ciddi proses başlayıb”

Bakını Xankəndidən “vurmaq” PLANI - “Ciddi proses başlayıb”
 

Son vaxtlar istər AŞPA, istərsə də digər ermənipərəst təşkilatlardan Qarabağ ermənilərinin yenidən həmin ərazilərə qayıtması ilə bağlı çağırışlar edilir.

Həmçinin ermənilərin Qarabağı tərk etməsində guya Azərbaycanın rolu olması haqda təəssürat yaradılmasına cəhdlər sezilir. Lakin gerçəklik tamam fərqlidir: ermənilər Qarabağı öz istəkləri ilə tərk ediblər. Həmçinin rəsmi Bakı dəfələrlə bəyan edib ki, geri qayıtmaq istəyən ermənilərə əngəl yaradılmır.

Bu halda Qərbin və həmin qurumların səsləndirdiyi fikirləri necə qiymətləndirmək lazımdır?
Mövzu ilə bağlı

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, AŞPA, eləcə də Amerika konqresmenlərinin bəziləri Azərbaycana qarşı böyük qarayaxma kampaniyasına başlayıblar:
“Qarabağı könüllü tərk edən ermənilərin guya güc yolu ilə çıxarılması barədə absurd fikirlər səsləndirilir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iştirakının dondurulması haqqında qərar verildi.

Burada göstərilən əsas məsələlərdən biri də məhz Qarabağ erməniləri ilə bağlı idi. Görünür, ermənilər bu mövzuda beynəlxalq səviyyədə ciddi iş aparırlar. Fevralın 1-də “artsax”ın qondarma “ombudsman”ı Qeqam Stepanyan və keçmiş dövlət naziri Artak Beqlaryan ABŞ-ın Demokratlar partiyasının konqresmenləri ilə görüşüblər. Onlar yenidən ağlaşma quraraq Azərbaycandan guya genosidlə çıxarıldıqlarını bildirib, “artsax” xalqının öz “qədim” torpaqlarına qayıtması üçün köməklik göstərmələrini xahiş ediblər.

Ermənilər Qarabağı könüllü şəkildə tərk edən zaman BMT-nin komissiyası gəldi, Qırmızı Xaç Komitəsinin nümayəndələri müəyyən sorğular apardılar. Ayrı-ayrılıqda qərar verdilər ki, burada heç bir etnik təmizləmə olmayıb. Bunu sübut edəcək kifayət qədər audio, video materiallar var”.

E.Həsənovun sözlərinə görə, bu gün Qarabağa qayıtmaq istəyən ermənilərin sayı çox azdır:

“Köçüb gedənlərin 90 faizinin əli azərbaycanlıların qanına batıb. Onlar Azərbaycana qarşı döyüşüblər. Ermənistana qayıdan ermənilərin bir çoxu artıq oranı da tərk edirlər. Çünki İrəvanda aclıq, səfalət baş alıb gedir. Yaşamaq üçün əlverişli şərait yoxdur. Qaçan ermənilər ABŞ, Fransa və Rusiyaya üz tuturlar”.

0.030204057693481