Rus ordusu bu istiqamətdən Avdeyevkaya daxil oldu

Rus ordusu bu istiqamətdən Avdeyevkaya daxil oldu
 

Hava kəşfiyyatını mümkünsüz edən buludlu havadan istifadə edən rus hərbçiləri şəhərə şimal-şərq istiqamətindən Avdeyevkaya daxil olublar.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Çapliyenko məlumat yayıb.

“Onlar Ukrayna döyüş birləşmələrindən yan keçərək binalarda möhkəmləniblər. Bu o deməkdir ki, ukraynalı müdafiəçilərin əsas logistik arteriyasına bir neçə yüz metr qalıb. Hərbçilər deyirlər ki, vəziyyət hələ ümidsiz deyil. Şəhər ərazilərində döyüş təcrübəsi olan piyada ehtiyatları varsa, Rusiyanın hücumunun qarşısını almaq olar. Əslində, Avdeyevkanın taleyi bir neçə günə həll olunacaq”, - jurnalist bildirib.

 

0.019770860671997