Şolts Ukrayna barədə Putinlə görüşməlidir - Melnik

Şolts Ukrayna barədə Putinlə görüşməlidir - Melnik
 

Almaniya kansleri Olaf Şolts Ukrayna ətrafındakı böhranla bağlı danışıqlar aparmaq üçün Vladimir Putinlə görüşməlidir.

Bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik deyib.

“Cənab Şolts niyə Putinlə görüşməsin? Onu Almaniyaya dəvət etməyə və ya özünüzün Moskvaya uçmağınıza ehtiyac yoxdur. Hətta soyuq müharibə dövründə, məsələn, İslandiyada görüşlər olurdu”, - Melnik bildirib.

Dünya ictimaiyyəti Moskvadakı rəhbərliyə necə yanaşmaq barədə düşünməlidir:

“Bu gün Putin özünü güclü hiss edir. Strateji diplomatik təşəbbüs Putinə meydan oxumağa çalışmalıdır”.

 

0.037569046020508