Afinada nazirlik önündə partlayış: Yeni təşkilat törətdi

Afinada nazirlik önündə partlayış: Yeni təşkilat törətdi
 

Yunanıstanın paytaxtı Afinada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında bomba partladılıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər ilk əvvəl sözügedən nazirliyin qarşısında 40 dəqiqə ərazində partlayış olacağı barədə polisə məlumat veriblər. Əraziyə polis əməkdaşları cəlb edilib. Daha sonra partlayış reallaşıb.

Partlayış nəticəsində ətraf ərazilərdə dağıntılar olduğu bildirilsə də, can itkisi qeydə alınmayıb.

Məlumata əsasən, partlayışa görə məsuliyyəti ilk dəfə adı eşidilən “İnqilabçı özünümüdafiə” adlı təşkilat üzərinə götürüb.

©axar.az

 

0.021860122680664