90 min il yaşı olan insanın ayaq izlərini aşkar EDİLDİ

90 min il yaşı olan insanın ayaq izlərini aşkar EDİLDİ
 

Arxeoloqlar qrupu Şimali Afrika və Cənubi Aralıq dənizi regionunda qeydə alınmış ən qədim insanın ayaq izlərini aşkar ediblər.

90 min il yaşı olan bu izlər fransız Cənub Britaniya Universitetinin tədqiqatçı professoru və laboratoriya müdiri Monsef Essedratinin rəhbərliyi altında müxtəlif ölkələrdən olan arxeoloqlar komandası tərəfindən Laraşdakı çimərlikdə tapılıb.

“Ləpədöyənlər arasındakı fasilə zamanı komandaya dedim ki, digər çimərliyi araşdırmaq üçün şimal istiqamətində getməliyik, – deyə Essedrati "Live Science”ə verdiyi müsahibədə qeyd edib. – Biz ilk izi aşkar edərkən təəccübləndik. Əvvəlcə, insan izinin olduğuna əmin deyildik, lakin sonra oxşar ləpirlərdən daha bir neçəsini tapdıq”.

Müəyyən mineralların istiyə və ya günəş işığına sonuncu dəfə nə vaxt məruz qaldığını müəyyən etmək üçün qabaqcıl üsul olan optik şəkildə stimullaşdırılmış lüminessent tarixi metodundan istifadə edən Essedrati komandası bildirib ki, təxminən 90 min il bundan əvvəl Homo sapiens qrupu bu çimərliyə ayaq basıb.

“Nature” jurnalında dərc edilmiş araşdırmanın nəticələri uşaq və yeniyetmələrdən tutmuş böyüklərə qədər müxtəlif yaş qruplarından Buz dövrünə aid ən azı beş insanın 85 izindən ibarət "kolleksiyaya" aydınlıq gətirir.

Laraş arxeoloji abidəsinin uzunömürlülüyünü təhdid edən eroziyaya baxmayaraq, ayaq izləri çox güman ki, çimərliyin yeri və külək-dalğa şərtləri sayəsində qorunub saxlanılıb.

İndi tədqiqatçılar Buz dövrü insanlarının okean sahilində nə səbəbdən olduğunu aydınlaşdırmaq niyyətindədirlər və onlar Laraşın cənub sahili boyunca yerləşən mağaraları tədqiq edəcəklər.

 

0.017673969268799