Sürücü müştəri tərəfindən öldürüldü: "Hər adama etibar etmə" - VİDEO

Sürücü müştəri tərəfindən öldürüldü:
 

Türkiyənin İzmir şəhərində taksi sürücüsü soyuqda üşüməsin deyə götürdüyü müştəri tərəfindən öldürülüb. 

Paralel.az “Haberler.com”a istinadla xəbər verir ki, hadisə avtomobilin kamerasında anbaan lentə alınıb.

Görüntülərdə sürücü avtomobili yeni aldığını söyləyib.

"İş yoldaşımı evinə gətirdim. Məndə evə gedirdim. Maşın onsuzda xarabdır. İşləməyəcəm. Hava soyuqdur. Səni də götürüm dedim. İnsanları yolda buraxmaq olmaz. Amma sən o maskanı taxsan heç kim səni götürməz", - deyə o, bildirib.

Cani isə xəstə olduğu üçün maskadan istifadə etdiyini deyib.

Daha sonra 44 yaşlı taksi sürücüsü Oğuz E. müştəri tərəfindən bir müddət səhv ünvanlara sürüldükdən sonra istədiyi ünvana gəldiyini bildirib. 

Cinayətkar “Nə qədər borcum var?” deyib və cibindən pul çıxarmış kimi davranaraq üzərindəki tapança ilə sürücüyə ard-arda üç dəfə atəş açıb.

Hadisədən sonra o, avtomobildən düşüb və ön tərəfə gələrək təxminən 10 dəqiqə nəsə axtarıb. Daha sonra yaralı sürücünün üzünə şillə vuraraq “Hər adama etibar etmə” deyib.

O, bir müddət yol kənarında gözlədikdən sonra hadisə yerini tərk edib.

Hadisə şahidlərinin təcili yardıma xəbər verməsindən sonra Oğuz E. xəstəxanaya aparılıb və əməliyyat olunub.

O, müalicə aldığı xəstəxanada ölüb.

Təxminən 70 kameradan 110 saatlıq görüntülərə baxılaraq şübhəlinin D.A. olduğu müəyyən edilib. Cinayətkar polis əməkdaşları tərəfindən saxlanılıb. 

 

0.012599945068359