ABŞ-də məhkəməyə verilən Rza Zərrab itkin düşdü

ABŞ-də məhkəməyə verilən Rza Zərrab itkin düşdü
 

Rza Zərrab ABŞ mətbuatının bir nömrəli gündəm mövzusuna çevrilib. 

Paralel.az xarici KİV- ə istinadla xəbər verir ki, Suriya və Əfqanıstandakı hücumlar zamanı itkilər verdiyini əsas gətirən ABŞ əsgərləri və ailələrinin vəkilləri itkin düşənlərdə Zərrabın əli olduğunu iddia edib.

26 iyul 2023-cü il tarixində Nyu York Cənub Bölgəsi Federal Məhkəməsində 151 nəfər tərəfindən Zərrab və "Halkbank"a qarşı təzminat iddiası qaldırılıb.

İddiaçıların vəkilləri Zərrabın ABŞ-də itkin düşdüyünü əsas gətirərək hüquqi proseduru başa çatdırmaq üçün əlaqə saxlaya bilmədiklərinə görə məhkəmədən əlavə vaxt istəyiblər.

Həmçinin onun ABŞ-də harada yaşadığını müəyyən edə bilmədiklərini və yaşadığı iddia edilən evin satıldığını bildiriblər.

Vəkillər Zərrabın birdən çox şəxsiyyət və ləqəb daşıma ehtimalını dəyərləndiriblər.

 

 

0.015980958938599