Bayden onlara sanksiya tətbiq edəcək

Bayden onlara sanksiya tətbiq edəcək
 

ABŞ Prezidenti Co Bayden İordan çayının qərb sahilində israilli məskunlara qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncam imzalayacaq.

Paralel.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

“Bu gün Prezident Bayden İordan çayının qərb sahilində sülh, sabitlik və təhlükəsizliyə xələl gətirənlərə qarşı mübarizə aparmaq üçün bir sıra tədbirləri özündə əks etdirən yeni sərəncam imzalayacaq”, - məlumatda bildirilib.

Qeyd olunur ki, “hədə-qorxu, mülki əhaliyə qarşı zorakılıq, məcburi köçkünlük, evlərin dağıdılması, şəxsi əmlakın müsadirə edilməsi və digər terror fəaliyyətlərində” iştirak edənlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.

 

0.01989483833313