İsveçdə İsrail səfirliyinə qumbara atıldı

İsveçdə İsrail səfirliyinə qumbara atıldı
 

Naməlum şəxs İsrailin Stokholmdakı səfirliyinin ərazisinə əl qumbarası atıb.

Paralel.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

İsrailin İsveçdəki səfiri Ziv Kulman bildirib ki, hücumun qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb.

İsveç polisinin məlumatına görə, səfirliyin binasında əl qumbarası aşkar edilərək zərərsizləşdirilib. Yerli mətbuatın məlumatına görə, qumbara hasardan atılıb.

İsveçin Baş naziri Ulf Kristersson vəziyyəti çox ciddi adlandırıb. İsveç telekanallarından birində o, səfirliyə hücum cəhdinin İsveçin özünə qarşı hücum olduğunu bildirib.

 

0.015777826309204