Aysel Süleymanova AZAL-dakı vəzifəsindən getdi

 Aysel Süleymanova AZAL-dakı vəzifəsindən getdi
 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb.

Bu barədə “Qafqazinfo”ya Süleymanovanın özü məlumat verib.

O bildirib ki, alternativ iş təklifi aldığına görə işdən çıxıb: “Dünən AZAL-da sonuncu iş günüm idi. Alternativ iş təklifi aldığıma görə işdən uzaqlaşmışam”. 

Xatırladaq ki, A.Süleymanova bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilmişdi.

 

0.012107133865356