Almaniya “Eurofighter”ləri havaya qaldırdı

Almaniya “Eurofighter”ləri havaya qaldırdı
 

Almaniya Hərbi Hava Qüvvələri Rusiya təyyarəsinin Rügen adasının üzərindən keçməsinə görə “Eurofighter” qırıcı təyyarələrini havaya qaldırıblar.

Paralel.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Departament Rusiya təyyarəsinin Rügen adası üzərində beynəlxalq hava məkanında transponder siqnalı olmadan uçduğunu bildirib.

 

0.015805959701538