İsrail Qəzzada əməliyyatı dayandırmayacaq - XİN rəhbəri

İsrail Qəzzada əməliyyatı dayandırmayacaq - XİN rəhbəri
 

Girovlar azad edilsə belə, İsrail Qəzzada əməliyyatı dayandırmaq niyyətində deyil.

Bunu Almaniyanın “Bild” qəzetinə müsahibəsində İsrailin xarici işlər naziri İsrael Kats bildirib.

"Biz girovları azad etmək istərdik və bu, yalnız Qəzzada, Xan Yunisdə və HƏMAS-ın mövcud olduğu bütün digər yerlərdə hərbi təzyiqlə baş verəcək. Misir kimi digər ölkələr də HƏMAS-a təzyiqlərini davam etdirməlidir”, - İ.Kats deyib.

Nazir qeyd edib ki, HƏMAS həm hərbi, həm də siyasi cəhətdən məğlub olana qədər müharibə dayanmamalıdır.

 

0.015713930130005