Nazim İbrahimovun qardaşı da həbs olundu – Partlayışa görə…

Nazim İbrahimovun qardaşı da həbs olundu – Partlayışa görə…
 

Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub.

Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

Qaynarinfo xəbər verir ki, həbs olunanlardan Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Qeyd edək ki, partlayış baş verən mebel sexinin sahibinin kimliyi barədə il məlumatı Qaynarinfo yanvarın 17-də yayıb. Əldə etdiyimiz  məlumatda  bildirilir ki, sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.

Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.

“Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli Qaynarinfo-ya açıqlamasında obyektin onlara məxsus olduğunu etiraf etmişdi.

 

0.018209934234619