Şəhidlərin xatirəsinə Quran ziyafəti təşkil olunub

Şəhidlərin xatirəsinə Quran ziyafəti təşkil olunub
 

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən növbəti Qurani-Kərim ziyafəti təşkil olunub.

Paralel.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açıkın sözlərinə görə, Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsidir. Tükiyədən və Makedoniyadan gələn qonaqları salamlayan İhsan Açıkın dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz İslam Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük Vətən Müharibəsi şəhidlərini rəhmətlə anıb. O artıq altıncı Quran ziyafətinin keçirildiyini və bu  ənənənin davam edəcəyini vurğulayıb. O eyni zamanda vətənin azadlığı uğrunda sağlamlıqlarını itirən qazilərimizi hörmətlə yad edib, onlara Allahdan şəfa diləyib. 

Tədbirdə çıxış edən İzmir Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse,Konya Müftisi Prof. Dr. Ali Öge İslam dinində şəhidlik zirvəsinin aliliyindən danışıblar. Qurani-Kərimdə və Peyğəmbər hədislərində yer alan şəhidliklə bağlı ayə və hədisləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Vətənin sahiblərinin şəhidlər olduğunu vurğulaya natiqlər şəhidlər tərəfindən bizə əmanət edilən vətən torpaqlarını qorumağın zərurətindən bəhs edib.   

Tədbirin sonunda  qarilər tərəfindən sala və ilahilər oxunub. Daha sonra Türkiyə Respublikasının Şimali Makedoniyadakı Səfirliyinin Din Xidmətləri Müşaviri Mustafa Bodur tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.

 

 

0.012334108352661