Mikayıl Cabbarova daha bir vəzifə verildi

Mikayıl Cabbarova daha bir vəzifə verildi
 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini təsdiqləyib.

İndiyə qədər İşçi qrupuna keçmiş Milli Məclis sədrinin müavini Valeh Ələsgərov rəhbərlik edirdi./Report

0.040749788284302