Əmlak Komitəsində Eldəniz Qafarovun kadrları həbs olunur, amma özü azadlıqda qalır, niyə?

Əmlak Komitəsində Eldəniz Qafarovun kadrları həbs olunur, amma özü azadlıqda qalır, niyə?
 

Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də, deyilənlərə görə, Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur.

Paralel.az xəbər verir ki, cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, Eldəniz Qafarov tutduğu vəzifə etibarı ilə o qədər də diqqət çəkməsə də, kifayət qədər ciddi və iddialı məmurdur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbt olunması, məhz Eldəniz Qafarovun adı ilə bağlıdır.

Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq əlaqə və münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir.

Mötəbər mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, xidmət rəisinin müavini Elçin Yusubovun “sağ əli” kimi tanınan, onun tərəfindən bilavasitə himayə olunan Eldəniz Qafarovun ən mühüm gəlir mənbələrindən biri də icarəyə verilmiş torpaqların təftişi təşkil edir. Daşıdığı vəzifədən istifadə edərək mütəmadi şəkildə icraəyə verilmiş torpaqların təftişini həyata keçirən müdir müavini, təftiş prosesində icarədara icarə müqaviləsinin hər hansı bəndənin pozulduğunu iddia edərək müqaviləyə xitam verəcəyini bildirir.

Sahibkarları bu sözlə qorxuya salan Xidmət məmuru, uzun çək-çevirdən sonra "məlum prosudur" nəticəsində güzəştə getməyə razı olur. Təbii ki, bu razılaşma hər dəfə Eldəniz Qafarovun sərvətinin üzərinə bir qədər də sərvət əlavə olunması ilə nəticələnir.

Məlumat üçün bildirək ki, ötən ilin ortalarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətinin Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbsi olunmaları nədənsə, Eldəniz Qafarova dərs olmayıb.

Bununla bağlı cumhuriyyet.az bildirir ki, saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu, məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə, Eldəniz Qafarov da məsulliyətə cəlb olunacağı şübhə doğurmaz.

Xatırladaq ki, İldırım Məmmədov Eldəniz Qafarovun kadrıdır. Məlumata görə, istintaq zamanı Eldəniz Qafarov da sorğu-sual edilsə də, həbs olunmaqdan xilas olub. İldırım Məmmədov da məhkəmədə etiraf edib ki, o, şöbə müdiri Eldəniz Qafarovdan gizli heç bir iş görə bilməz.

Cumhuriyyət.net saytı qeyd edir ki, növbəti yazıda oxucuları Eldəniz Qafarovun malik olduğu əmlak və obyektlərin siyahısı, eləcə də onun bu əmlaklara hansı “zəhmət” hesabına yiyələndiyi ilə tanış edəcək.

Nizamnaməyə əsasən bilavasitə Xidmət rəisinə tabe olması gərəkən Eldəniz Qafarovun niyə daha çox Elçin Yusubovun təlimatı ilə hərəkət etdiyinə də aydınlıq gətirəcəyik.

cumhuriyyet.net 

0.027403831481934