XİN rəhbəri Netanyahuya qarşı sanksiyalar tətbiq etməyə çağırdı

XİN rəhbəri Netanyahuya qarşı sanksiyalar tətbiq etməyə çağırdı
 

Fələstin İsrailə, eləcə də ölkənin Baş naziri Binyamin Netanyahu da daxil olmaqla ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Paralel.az xəbər verir ki, bu haqda Fələstinin xarici işlər naziri Riyad əl-Maliki açıqlama verib.

“Cəzasızlığa son qoyulmalı, cavabdehlik olmalıdır. Əgər bu lazımdırsa, niyə sanksiyalar tətbiq olunmasın?” – o qeyd edib.

Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, İsrail öz münasibətini dəyişməli və Fələstin ərazisinin işğal oluna biləcəyini düşünməkdən əl çəkməlidir.

Bundan əlavə, əl-Maliki Fələstin Milli Administrasiyasının Qəzza zolağında ilkin şərt olmadan daimi atəşkəs əldə etmək istədiyini bildirib.

 

0.012981176376343