İran prezidenti sabah Türkiyəyə səfər edəcək

İran prezidenti sabah Türkiyəyə səfər edəcək
 

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi 24 yanvar 2024-cü il tarixində Türkiyəyə rəsmi səfər edəcək.

Paralel.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində iki prezidentin iştirakı ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Səkkizinci Toplantısı keçiriləcək.

“Şuranın iclasında Türkiyə-İran münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər, xüsusilə də İsrailin Fələstinə hücumları ətrafında fikir mübadiləsi aparılacaq”, - Administrasiyadan bildirilib.

 

0.013556003570557