Lavrov: Putinə məhəl qoymadılar...

Lavrov: Putinə məhəl qoymadılar...
 

Donald Tramp 2020-ci ildə yenidən ABŞ prezidenti seçilsəydi belə, Ukrayna ətrafında vəziyyət fərqli olmazdı.

Paralel.az xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Heç bir fərq olduğuna inanmıram.  Çünki Rusiya-Amerika münasibətlərini ilk pozmağa başlayan prezident kiçik Corc Buş olub. Kiçik Çorc Buş Vladimir Putinə: “Bilirsiniz, mən Balistik Raketlərə Qarşı Müqavilədən çıxıram” deməklə hər şeyi məhv etdi", - Lavrov bildirib.

Onun sözlərinə görə, ABŞ-nin indiki nəsil siyasətçiləri SSRİ-nin dağılmasından sonra Vaşinqtonun təbliğ etməyə başladığı siyasətdən ibrət dərsi almayıb.

“Üstünlük, cəzasızlıq kompleksi çox dərinləşir. Putinin ilk iki müddət ərzində göstərdiyi böyük xeyirxahlığa məhəl qoymayanlar, sadəcə, dedilər ki, yaxşı, bu uşaqlar çox səmimidirlər, biz onu cibimizdə saxlayacağıq. Səhv hesablayanlar hər şeyi yenidən düşünməlidirlər”, - Lavrov bildirib.

 

0.013385057449341