Hindistanda müsəlmanlar ayağa qalxdı: məscidi məbədlə əvəz etdilər 

Hindistanda müsəlmanlar ayağa qalxdı: məscidi məbədlə əvəz etdilər 
 

Hindistanda 1992-ci ildə dağıdılan məscidin yerində tikilən hindu məbədi ölkədəki müsəlmanların qəzəbinə səbəb olub.

"Abcnews” xəbər verir ki, məbədin açılışı bu gün Hindistanın baş naziri Narendra Modinin də qatılacağı mərasimlə baş tutacaq.

Məbədin açılışı builki seçkilər öncəsi hindu seçicilərini birləşdirmək məqsədi daşıyır. Lakin müxalifətin boykotları və Hindistanın müsəlman əhalisinin reaksiyası ölkədə illərdir, mövcud olan gərgin gündəmi yenidən alovlandırıb.

Sağçı qruplar hinddilli Uttar Pradeş əyalətinin Ayodhya şəhərində 50 metrlik Ram Məbədinin açılışı üçün dəvətnamələr paylayıblar.

Bu açılışı etməklə Modinin seçkilərdə dördüncü müddətə qalib gəlmək şansını gücləndirəcəyi gözlənilir.

Müsəlmanlar hazırda dini hücumların nadir olduğunu bildirir. Lakin BJP Dehlidə hakimiyyətə gəldikdən sonra cəmiyyətdə ayrı-seçkilik davam edir və bu vəziyyət ölkənin əksər ştatlarında müşahidə olunur.

Qeyd edək ki, Hindu məbədi üçün 298 milyon avro xərclənib. 

Xatırladaq ki, 1992-ci ilin dekabrında radikal hindular 400 ildir, eyni yerdə dayanmış məscidi dağıdıblar. Hindistanda əsasən müsəlmanlardan ibarət 2000 nəfərin ölümü ilə nəticələnən şiddətli iğtişaşlara səbəb olublar.

 

0.013628005981445