ABŞ-də daha bir prezidentliyə namizəd Trampın namizədliyini dəstək verdi

ABŞ-də daha bir prezidentliyə namizəd Trampın namizədliyini dəstək verdi
 

Florida qubernatoru, respublikaçı Ron DeSantis bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri üçün yarışdan çəkildiyini açıqlayıb.

Paralel.az xəbər verir ki, Florida qubernatoru DeSantis bu barədə öz X (tvitter) səhifəsində yazıb.

“İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, bunu edərdim. Amma bizə dəstək olan insanlardan xahiş edə bilmərəm ki, əgər qələbəyə aparan aydın yolumuz yoxdursa, vaxtlarını və resurslarını mənasız yerə itirsinlər. Bu gün mən seçki kampaniyamın dayandırıldığını elan edirəm”, - o, videomüraciətdə bildirib.

DeSantis, həmçinin bu vəzifəyə yenidən seçilmək üçün keçmiş ABŞ lideri Donald Trampı dəstəklədiyini bildirib.
“Donald Trampla fikir ayrılıqlarımız var idi. Tramp hazırkı prezident Co Baydendən üstündür, bu, çox aydındır. Mən ona dəstəyimi bildirirəm”, - deyə siyasətçi bildirib.

 

 

0.02303409576416