Arzu qutusunu açan imam şoka düşdü

Arzu qutusunu açan imam şoka düşdü
 

Türkiyənin Tokat şəhərində bir vətəndaş məscidin arzu və istək qutusuna əskinas və qeyd qoyub. 

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, qeydi oxuyan İmam Mustafa Çakırtaş gördükləri qarşısında heyrətlənib.

“Əfəndim, mən mobil telefonumun enerjisini məscidin elektriki vasitəsilə doldurdum. Zəhmət olmasa, bu vəsaitdən işıq pulu üçün istifadə edin. Haqqa girməyək. Allaha əmanət olun”,- qeyddə yazılıb.

İmam pulun miqdarının əhəmiyyətinin önəmli olmadığını bildirib.

“Son dövrlərdə insanların hüquqlarına, dövlət ictimai əmlakına etinasızlıq göstərildiyi bir vaxtda vətəndaşlarımız bu məsələyə diqqət yetirməlidir. Bu düşüncənin hələ də mövcud olması bizi təsirləndirdi. Ümid edirəm ki, hər kəs bu həssaslığa sahib olar və heç kim qul haqqı yeməz”.

 

 

0.012861013412476