Rusiyanın ən böyük təbii qaz şirkətinə PUA hücumu olub

Rusiyanın ən böyük təbii qaz şirkətinə PUA hücumu olub
 

Rusiyanın ən böyük müstəqil təbii qaz şirkəti olan “Novatek”in Baltik dənizində yerləşən neft emalı zavodunda yanğın baş verib. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, ilkin təsbitlərə görə yanğına səbəb xarici faktorlar olduğu bildirilib.

Yanğın səbəbindən müəssisədə istehsal dayanıb. 

Rusiya mətbuatında yer alan xəbərlərdə obyektə iki pilotsuz uçuş aparatı ilə hücum edildiyi qeyd edilib.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

 

 

 

0.013579130172729