"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

 

"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

"Paralel.az" xəbər verir ki, 22 və 23 yanvar tarixlərində saat 11:00-dan 12:00-dək Şamaxı rayonunda və Şəki şəhərində “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Şamaxı rayonu, Sabir qəsəbəsində (orta məktəbin qarşısı), 2-ci günü Şəki şəhəri, Almas İldırım küçəsində (bina 2-nin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.076781988143921