General və zabitlər məhkəmə qarşısında: 143 milyonluq mənimsəmə

General və zabitlər məhkəmə qarşısında: 143 milyonluq mənimsəmə
 

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun məhkəməsi başlayıb.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ayrı-ayrı hərbi hissələrin maliyyə rəisləri şahid qismində ifadə verir.

Nizami Məmmədovla yanaşı zabitlər – Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə də mühakimə olunur.

İş materiallarına əsasən, təqsirləndirilən şəxslər xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini həll etmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin etmək əvəzinə digərləri ilə əlbir olaraq 143 milyon manat pul vəsaitini mənimsəyiblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.

Bu Adıçəkilən şəxslərin təqsiri sübuta yetiriləcəyi təqdirdə bu maddələrlə onları 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

0.02867603302002