"Yeşilçam" sənətçisinin ürəkağrıdan halı: cavanlıq fotolarını satır - VİDEO

 

Türkiyənin “Yeşilçam” ulduzu Serpil Örümcerin son halı pərəstişkarlarını xeyli üzüb.

Maddi sıxıntı yaşayan sənətçi köhnə fotolarını satmağa başlayıb.

“Bayan bacak” ləqəbli keçmiş model, aktrisa və müğənni instaqram hesabından sevənlərinə səslənib.

"Xeyriyyə məqsədi ilə bu rəsmləri 200 TL-yə (təx. 11 AZN) satıram. İşıq, su, qaz pulunu ödəməliyəm. Mənə kömək etmək istəsəniz, sizə imzalı fotomu göndərmək istərdim. Çox sağ olun. Allah sizdən razı olsun”.

Video qısa zamanda sosial mediada müzakirə mövzusu olub. 

Pərəstişkarları “Ölkəmizin sənətçilərinin vəziyyətinə bax”, “Sənət dünyasını qoruyun”, “Sənətkarlarımızın müdafiəsinə qalxmalıyıq” kimi şərhlər yazıb.

 

0.049218893051147