Dünyanı sarsıdan böhranda Türkiyə və Azərbaycan üçüm yaranan fürsətlər

Dünyanı sarsıdan böhranda Türkiyə və Azərbaycan üçüm yaranan fürsətlər
 

Qırmızı dəniz böhranının Asiya ilə Avropa arasında ticarətin davamlılığı baxımından Türkiyə və Azərbaycanın da daxil olduğu Orta Dəhlizinin əhəmiyyətini artırıb.

Bunu Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) sədri Şərafəddin Aras deyib.

Yaranmış durumda bölgədə logistik xəritəsində dəyişiklik prosesi sürətlənməkdədir. Bu eyni zamanda Ankara və Bakının yeni logistik xəritəsini müəyyənləşdirməkdə liderlik rolu ilə yanaşı, Orta Dəhlizin cəlbediciliyini artırır ki, bu da öz növbəsində ölkələrimizin qarşısında yeni imkanlar açır.   
 
UND sədri Arasın fikrincə, pandemiya və sonrakı Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri ilə bölgənin logistika xəritəsindəki dəyişiklik prosesini sürətlənib. Qırmızı dəniz böhranı isə Orta Dəhlizin aktuallığını daha da artırıb. Ona görə də yaranmış imkanlardan maksimum faydalanmaq lazımdır. 

Qlobal təchizatda 2009-cu ildən dünyanın logistika gündəminə daxil olan Türkiyədən başlayaraq Qafqaza, oradan isə Xəzər dənizi vasitəsilə Orta Asiyaya və Çinə qədər uzanan Xəzər Şərq-Qərb Mərkəzi Dəhlizi (Orta Dəhliz) layihəsinin imkanlarını təcili sürətləndirmək lazımdır. 

Orta Dəhlizin yaratdığı imkanlarından istifadə edərək Avropa-Asiya ticarətinə daha səmərəli xidmət göstərmək və tranzit xərclərini azaltmağı təklif edən Aras əlavə edib ki, Orta Dəhlizin inkişafında Avropa təchizat zəncirinin maraqlı tərəflərinin ümumi maraqları vurğulanmalı və bu istiqamətdə təkmilləşdirmə işlərini sürətlə həyata keçirmək üçün çalışılmalıdır.

 

 

0.032305002212524