İranla Pakistan arasında gərginlik PİK HƏDDƏ ÇATIB

İranla Pakistan arasında gərginlik PİK HƏDDƏ ÇATIB
 

Pakistanın İran ərazisində antiterror əməliyyatı keçirməsi Tehranın kəskin reaksiyasına səbəb olub.

Paralel.az xəbər verir ki, iki ölkə arasında münasibətlər yanvarın 16-da İran Silahlı Qüvvələri Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə hücumundan sonra kəskin formada  gərginləşib.

Pakistan Xarici İşlər Nazirliyi Tehranın bu hərəkətini pisləyib və bunu ölkənin hava sərhədlərinin pozulması adlandırıb və bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Baş verən hadisədən sonra İslamabad dərhal Tehrandakı səfirini geri çağıraraq İranla yüksəksəviyyəli münasibətlərinə yenidən baxacağını bəyan edib.

Bununla belə İslamabad Tehranı cavab addımı ilə hədələyib. Bunun nəticəsi olaraq Pakistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, həyata keçirilən antiterror əməliyyatı çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Hücum zamanı 7 nəfər ölüb və ölənlərin hamısının əcnəbi olduğu bildirilir. Bundan sonra Tehran İslamabaddan Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket hücumları ilə bağlı izahat tələb edib.  Vəziyyət o həddə çatıb ki, hətta Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvar-ül-Haq Kakar səfərini yarımçıq qoyaraq təcili İslamabada  dönüb. Odur ki, iki ölkə arasında gərginlik  artmaqda davam edir.

Ümumiyyətlə, son günlərdə İran İraq, Suriya və Pakistan ərazisinə hava zərbələri endirməklə bölgədə vəziyyəti gərginləşdirmə taktikasını seçib.

 

 

0.021417856216431