Şabranda sahibkarlarla yanaşı, sakinlər də "Səyyar qəbul otağı"na üz tutdular
Şabranda sahibkarlarla yanaşı, sakinlər də "Səyyar qəbul otağı"na üz tutdular
"Paralel.az" xəbər verir ki, "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla növbəti görüş Şabran rayonunda baş tutub. Mikrofon önünə keçən sahibkarlıq subyekti Paşa Fərzəliyev ona məxsus obyektin qazlaşdırılmasında köməklik edilməsini xahiş edib. Nuru Hacıyevin müraciəti isə obyektin qaz xətti üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə bağlı olub. Aksiyaya sahibkarlarla yanaşı, sakinlər də üz tutublar. Sahib Babayev Quba rayonunun Çiçi kəndinə, Qismət Kamilov isə Şabran rayonunun Qələgah kəndinə küçə qaz xətlərinin çəkilməsini istəyib. Səsləndirilən hər bir müraciət SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.