ABŞ əsgərlərinə satıldı uşaqların -  Türkiyədə rezonans doğuran veriliş 

ABŞ əsgərlərinə satıldı uşaqların -  Türkiyədə rezonans doğuran veriliş 
 

Türkiyənin “ATV” kanalında yayımlanan Esra Erolun proqramına qatılan Şükran Berberoğlu 2 uşağının İncirlikdə xidmət edən ABŞ əsgərlərinə satıldığını bildirib. 

"Paralel.az" xəbər verir ki, o, satışın uşaqların atası tərəfindən edildiyini iddia edib.

“Xədicə 4 yaşında, Seçil isə verildiyi zaman 7 aylıq idi. 

Xədicəni verməmişdən əvvəl bir qonşum var idi. O, vəkilin yanında işləyirdi. Mənə gəlib dedi. Dedim ki, verə bilmərəm.

Sonra atalarının yanına gedib. O da tabla (hind zərb aləti) versəniz, razı olaram deyib. Uşağımı bir tablaya verdi. 

Seçildə nə qədər pul aldığını bilmirəm. Pulu özü götürüb. Bir qəpik belə görmədim. Mən uşaqlarımı vermək istəmirdim”, - deyə o söyləyib.

Adanada birdən çox ailədə rast gəlinən bu vəziyyət ictimaiyyətdə böyük təəccüb yaradıb. 

 

 

0.012859106063843