6 nəfərin hücumuna məruz qalan çavuş onları peşman etdi - VİDEO

6 nəfərin hücumuna məruz qalan çavuş onları peşman etdi - VİDEO
 

İstanbulda çavuş 6 nəfərin hücumuna məruz qalıb.

Ölkə.Az “Haberler.com”a istinadla xəbər verir ki, o, belindəki tapançanı çıxararaq əvvəlcə havaya, sonra da döyüşdüyü insanlara atəş açıb. 

Hadisə nəticəsində 1 nəfər yaralanıb.

Belə ki, Çatalca ərazisində işləyən çavuş Özgür K. görüşdüyü şəxslərlə mübahisə edib. Mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı 6 nəfər bir anda Özgür K.-yə hücum edib.

Hadisə yerinə tibb və polis əməkdaşları cəlb edilib.

Davada xəsarət alan Mehmet E.-yə ilkin tibbi yardım göstərilib.

Hadisə anı parkdakı təhlükəsizlik kamerasına əks olunub.

Günay

0.022284984588623