ABŞ-də bu şəxslərə komendant saatı tətbiq edildi

ABŞ-də bu şəxslərə komendant saatı tətbiq edildi
 

ABŞ-nin paytaxtı Nyu-Yorkda bu gündən etibarən dörd miqrant sığınacağında komendant saatı tətbiq edilib.

“Cbc news” xəbər verir ki, bu barədə Bələdiyyə sədri Erik Adams məlumat verib.

Belə ki, qanunsuz miqrantların dilənçiliyi ilə bağlı şikayətlərin qarşısının alınması məqsədilə şəhərdə saat 23:00-dan 06:00-dək komendant saatı tətbiq ediləcək.

Sığınacaqlara Queensdəki “JFK” möhlət mərkəzi, Astoriyadakı 35-ci küçədəki digər “Queens” sığınacağı, Manhettendə 110-cu küçədəki “Linkoln” sığınacağı və Bruklindəki “Stockton Street” sığınacağı daxildir. 

Qeyd edək ki, dörd sığınacaqda komendant saatının tətbiqi yalnız başlanğıcdır. Səlahiyyətlilər bunu daha da genişləndirməyi düşündüyünü söyləyib. 

Günay

 

0.016316890716553