Azərbaycanda yola qum səpən maşın qəzaya düşüb: yaralanan var

Azərbaycanda yola qum səpən maşın qəzaya düşüb: yaralanan var
 

Goranboyda yola qum səpən maşın qəzaya düşüb.
 
Paralel.az xəbər verir ki, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib.
 
Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.
 
Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəllüdlü əməkdaşı Əfqan Həbib oğlu Qafarov çoxsaylı bədən xəsarətləri alıb.
 
Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib.

 

0.048291921615601