Bakıya yağan qar göstərdi ki: Eldar Əzizov paytaxt Bakını məhv edib...
Bakının sabiq meri Hacıbalanın yeri görünür. O, Bakıda yağış-qar yağıb, yolları su basanda, maşınlar sönüb körpü-keçidlərin altında yaranmış göllərdə üzəndı heç olmasa, kabinetdən çıxıb küçələrdə gözə dəyirdir. Bu dəfə DYP polislərindən savayı gözə dəyən yox idi...
Amma Eldar Əzizov Bakıya mer təyin olunandan sonra, gərdəyə təzə girmiş gəlin kimi, heç görünmız olub. Yanvarın 14 gecəsi bir saat yağan qar Bakını iflic edib. Paytaxt bir saat içində qara təslim oldu. Xüsusən Bakı-Sumqayıt yolunda hərəkət tam dayandı. Sürücülər saatlarla yollarda qaldı, maşınlar hərəkət edə bilmədi, insanlar bir-birinə kömək etməklə vəziyyətdən çıxmağa çalışdı.
Bütün bunlar isə Bakı şəhər İcra hakimiyyətinin qarlı-covğunlu havaya hazır olmadığını göstərdi. Qarın yağması həm də göstərdi ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun məsuliyyətsizliyi nəticəsində paytaxtda əvvəlcədən qarın yağmasına hazırlıq görülməyib, yollara duz səpilməsi üçün texmika hazırlanmayıb, duz, qum ehtiyatı yaradılmayıb, təhlükəsizlik işləri həyata keçirilməyib.
BŞİH-nin qışa hazırlıq işi göstərdi ki, hər il qışa hazırlıq işləri üçün dövlət büdcəsindən Bakı ŞİH-nə xeyli pul ayrılır, Eldar Əzizov və komandası bu pulu həzm-rabiyədən keçirir, lakin üzərinə düşən vəzifəni yerinə yetirmir, bu yolla deyir ki, bizlik bir şey yoxdur, bütün tənqidlər hökumətə aiddir...
Neçə gündür ETSİN, DİN və FHN ardıcıl olaraq əhalini ölkədə və paytaxda güclü külək əsəcəyi, yağış-qar yağacağı barədə xəbərdar edirdi, proqnoz verirdi, amma görünən odur ki, bu xəbərdarlıq Bakı ŞİH başçısı Eldar Əzizovu və onun fəaliyyətinə nızarət edən hökumət nümayəndələrini çatmayıb.
Jurnalist Elşad Məmmədli yazısında qeyd edir ki, bu gün axşam və gecə paytaxtda, xüsusən Bakı-Sumqayıt yolunda çətin şəraitdə yalnız polislər gözə dəyirdi: “3 saatdan çox yolda qalan adamlardan biri kimi, Şamaxinkada, Biləcəri tərəfdə və Sumqayıt yaxınlığında vətəndaşlara xidməti göstərən yalnız polisləri – YPX-ni, Post-patrul xidmətinin əməkdaşlarını gördüm”...
Ümumiyyətlə, kommunal xidmət işi yox səviyyəsində idi. Lakin BŞİH adi bir açıqlama, izahat verməyi özünə borc belə bilmədi. Gecə saat 3-də şəhərin yollarda tıxac idi, insanlar bütün gecəni və səhəri tıxacda qarşılayıblar...
Adam bilmir ki, Bakı şəhərini pis günə qoyan BŞİH başçısının ünvanına nə desin ki, qəzəbdən bişən ürəyi soyusun, belə paytaxt olar?!...
Buyur, cənab Bakı meri Eldar Əzizov, cəmi bir saata yağan ağ qar sizin üzünüzün qara rəngdə olduğunu, Bakı şəhərini kor qoyduğunuzu əyani olaraq xalqa göstərdi...
P. S. Yazıda Tiribuna.az saytının yazısından istifadə olunub..
Paralel.az