"Qaçqınkom"un Beyləqanda çalışan əməkdaşı iş otağında qadınla yaxalanıb? - İddia
Bir müddət əvvəl "Qaçqınkom"un Beyləqandakı işçisi Allahverdi Əzizov iş otağında (Beyləqan rayon icra hakimiyyətinin inzibati binasında) bir qadınla eşqbazlıqla məşğul olarkən işin qaynar məqamında polisə yaxalanıb.
Gündüz saatlarında iş yerində qadınla görüşməyə vədələşən Allahverdi Əzizov görüş üçün ən “münasib” və “təhlükəsiz yer” kimi iş otağını seçir. Vədə yetişir və qadınla işin ən qaynar (həzz) nöqtəsində qəflətən qapı döyülür və bir neçə polis otağa daxil olur.
Polislərin operativliyi sayəsində Allahverdi Əzizov otaqda gördüyü intim iş başında yaxalanır. Həzzi dada bilməyən və artıq işin əngələ çevrildiyini görən “Qaçqınkom” nümayəndəsinin eşq hissləri tam ölür, yerini qorxu hissi tutur. Dərhal bu işi ört-basdır etmək üçün hər şeyə hazır olduğunu polislərə bildirir. Onun təklif və yalvarmasına baxmayan asayış keçikçiləri Allahverdi Əzizovu polis şöbəsinə aparırlar. Lakin bir neçə saatdan sonra Allahverdi Əzizov sərbəst buraxılır.
Qısa müddətdə hadisə rayon ictimaiyyəti arasında yayılır və mətbuata sızır. Allahverdi Əzizovun eşq macərası mətbuatda dərc edildikdən dərhal sonra, o, “Qaçqınkom”a çağırılır. Ardınca baş vermiş rüsvayçı hadisə barədə yazı saytlardan yığışdırılılır.
Göründüyü kimi, baş vermiş “Allahverdi Əzizovun eşq macərasi”ndan Komitə sədri Rövşən Rzayev də xəbərdar olur. Amma hadisənin baş verməsindən xeyli zaman keçməsinə baxmayaraq Allahverdi Əzizov kabinet şəraitində yenə də əvvəlki işini hələ də davam etdirir...
Görünür, Rövşən Rzayev də hadisənin ört-basdır edilməsinə çox maraqlıdır, o da bu hadisədən faydalanıb və “eşqbazlıq qəhrəmanı”nı cəzalandırmayıb.
Əslində isə həmin vaxt hadisədən xəbərdar olan hər kəs gözləyirdi ki, “Qaçqınkom” sədri məmura yaraşmayan bu əxlaqsız hərəkətlərə yol verdiyinə görə, Allahverdi Əzizovu işdən atacaq. Ancaq gözləntilər özünü doğrultmadı. Yəni Rövşən Rzayevin reaksiyası o qədər də sərt olmadı.
Zamanında baş vermiş hadisə münasibət “Qaçqınkom” sədrinin öz vicdanına buraxılsa da, amma nəticə göz qabağındadır. Görünür, komitə sədri Allahverdi Əzizov kimi əxlaqı və vicdanı kirli adamları vəzifədə saxlamaq işinə yarıyır.
Əgər bir məmur oturduğu dövlət qoltuğunu əxlaqsız hərəkətləri ilə kirləndirəcəksə, bu o deməkdir ki, o, dövlətin bütün qanunlarını kirlətmiş hesab olunur...
Gəlin, tələsməyək, bir qədər səbr edək, Sizi gözləgirik, cənab Sədr!
RealMedia.az
Redaksiyadan: Yazıda adı çəkilən şəxsin mövqeyini dərc etməyə hazırıq
Paralel.az