SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
"Paralel.az" xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Gəncə şəhərində vətəndaş qəbulu keçiriləcək. 15 yanvar saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: 055-224-90-66; 050-845-94-41) müraciət edə bilərlər.