Rusiya bu islahatların qarşısını ala bilmədi - Muresan

Rusiya bu islahatların qarşısını ala bilmədi - Muresan
 

Moldova Rusiyanın təsir dairəsindən çıxa bilib.

Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Ziqfrid Muresan deyib.

“Biz Moldovanın Rusiyanın təsir dairəsini tərk edə bildiyini təsdiqləmişik. Son 2 ildə islahatların tempi həmişəkindən daha yüksək olub", - deputat vurğulayıb.

O bildirib ki, Rusiya respublikanın Avropaya inteqrasiyasına mane olmağa çalışıb, lakin Moskva buna nail ola bilməyib, çünki Moldova hökuməti islahatlar aparmaqdan imtina etməyib.

 

0.02192497253418