Rus ordusu Xarkova hücuma hazırlaşır?

Rus ordusu Xarkova hücuma hazırlaşır?
 

Düşmənin yaxın gələcəkdə Xarkova mümkün hücumu barədə söhbət daha çox informasiya hiyləsidir.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Vladimir Fityo bildirib.

O qeyd edib ki, Müdafiə Qüvvələri həm Kupyansk istiqamətində, həm də Rusiya ilə şimal sərhədində düşmən ordusunun tərkibinə nəzarət edir:

"Yerli əhalinin narahat olması üçün heç bir əsas yoxdur, vəziyyət nəzarət altındadır. İndi görürük ki, bu, çox güman ki, məlumat saxtakarlığıdır".​

 

0.015088796615601