Hadisədən məşhur seriala irad

Hadisədən məşhur seriala irad
 

Türkiyəli müğənni Hadisə "Kızılcık şerbeti" serial haqda açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı ekran işinin əvvəlki qədər maraqlı olmadığını deyib.

"Kızılcık şerbeti"ni izləyirəm, lakin yeni ssenari məni bir az narahat edir. İnandırıcılıq azalınca soyuyuram. O an izləməyi buraxıram. "Bu qədər də yox" dediyim yerlərdə izlədiyim hissəni vaxt itkisi kimi hiss edirəm" deyə, Hadisə bildirib.

Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır. Serial 65-ci bölümdə mövsüm finalı edəcək.

0.016447782516479