Burada sirlər açılır, Vasif Məhərrəmlinin... - Murad Arif

Burada sirlər açılır, Vasif Məhərrəmlinin... - Murad Arif
 

"Maska" şousunun növbəti buraxılışı təqdim olunub. 

Axşam.az-ın məlumatına görə, verilişdə "Cəngavər" maskası altında olan məşhur özü ilə bağlı faktları açıqlayarkən şəxsi fermasının olduğunu deyib. 

Buna reaksiya olaraq münsif kürsüsündə oturan bəstəkar-müğənni Murad Arif isə Əməkdar artist Vasif Məhərrəmlinin ferması olduğunu açıqlayıb: 

"Coşqun müəllim demişkən, burada hamının sirləri açılır. Mənə deyilənə görə, Vasif Məhərrəmlinin ferması var". 

Qeyd edək ki, şouda münsif kürsüsündə həmçinin Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənni Nigar Camal, aparıcı Kamilə Babayeva əyləşib. 

"Cəngavər" maskası altından müğənni Zamiq Hüseynov çıxıb. 

 

0.124755859375