Azərbaycanda neft quyusunda qaz fontanı baş verdi - FHN hərəkətə keçdi

Azərbaycanda neft quyusunda qaz fontanı baş verdi - FHN hərəkətə keçdi
 

Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verib.

FHN-dən bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

 

0.016037940979004