Daş atmaq .... - Rövşən Şirəliyev 

Daş atmaq .... - Rövşən Şirəliyev 
 

Kənd uşaqları idik ..Yoldan keçən itə , pişiyə , inəyə ..daş atardıq ..Ağlımız kəsmirdi .. amma qorxurduq ..
İndi bu xarakteri tanınmışlarda görürük ..Müğənni ölür , "daş atırlar " , yazıçı olur " daş atırlar ". Səbəb elə ..odu .
I.A.Buninin bir şeiri var :
Vətən , onlar sənə lağ edir ,
Sənin sadəliyinə ,
Kasıb daxmalarina
Baxıb səni qınayır ..
Sanki ədəbsiz oğul !
Şəhər dostlarının yanında ,
Utanır anasından onun ,
Yorgun , utancaq , qəmli baxışlarından .
Görmək üçün onun simasını ,
Yüz verst yol gəlmiş anasını ,
Son qəpiyini onunçün gətirmiş bu qadını ,
Qarşılayır o , istehzalı gülüşlə ..
( Şeirin tərcüməsi Murad Acının " Avropa .Türklər .Böyük çöl " kitabından götürülmüşdür )
Bax bu gün mirsahinlər həmin o " ədəbsiz oğlu ' xatırladırlar . Çingiz Hüseynov bir alim , yazıçı kimi zirvələri fəth etmiş zəka sahibidir . İstər Çingiz Hüseynov olsun , istər Rüstəm İbrahimbəyov olsun , bunlar hamısı bu vətənin övladlarıdır .Onlar hansı dildə yazmagindan asılı olmayaraq öz bioqrafiyalarinda Azərbaycan adını daşıyırlar , Azəbaycan adını tanıdırlar . Tarix səhifəsində öz adlarını əbədi həkk eləmiş bu nəhəng söz, bilim adamlarına yaltaqlıq , yarinmaqliq prizmasından yanaşıb daş atmaq ən yumşaq formada ədəbsizlikdir .
" Xiffət , vətən həsrəti türklərə məxsus xəstəlikdir .O , hələ türk dilinin olmadığı və danışıq dilinin tədricən yarandığı dövrdə də mövcud olmuşdur " ( Murad Acı )
Mən oxuduğum bədii əsərlərindən əlavə Çingiz Hüseynovun internet televiziyalarindaki müsahibələrin dinləmişəm . Ömrünün son illəri idi , onun çıxışlarındaki xuffəti , vətən həsrətini görməmək üçün gərək daş olasan , ya da elə mirşahin olasan .
Ən böyük hakim zamandır .Çingiz Hüseynov kimi zəka sahibləri tariximizdir , ədəbiyyatımız dir . Göbbelsin məşhur bir deyimi var : " Hər hansı xalqın əlindən onun tarixini alsan , bir nəsil dəyişdikdən sonra o , kütləyə çevriləcək , daha bir nəsil dəyişdikdən sonra isə artıq onu sürü kimi idarə etmək mümkündür " ..
Bu xalqı xalq edən onun zəka sahibləridir , tüpürcəklə dəstəmaz alan simasizlari yox.

"Paralel.az"

0.026660919189453