Silahlılar canlı yayım zamanı telekanala basqın etdilər - VİDEO

Silahlılar canlı yayım zamanı telekanala basqın etdilər - VİDEO
 

Silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaqcanlı efirdəki aparıcıları girov götürüblər.

"Report"un xəbərinə görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Canlı yayımdan olan görüntülərdə altı maskalı şəxsin yerdə uzanmış telekanal işçilərinə silah tuşlaması görünür.

Telekanala hücumun bir neçə iştirakçısı polis tərəfindən saxlanılıb.

Bu barədə polisin “X”dəki səhifəsində məlumat verilib.

“Quayakil şəhərindəki “TC Television”un binasında keçirilən əməliyyat nəticəsində polis bölmələrimiz bir neçə subyekti həbs edə və cinayətlə bağlı sübut əldə edə bildi”, - saxlanılan dörd şəxsin fotoşəkili ilə müşayiət olunan açıqlamada bildirilir.

Daha əvvəl bildirilib ki, silahlı şəxslər “TC Television” telekanalının studiyasına soxularaqcanlı efirdəki aparıcıları girov götürüblər. Canlı yayımdan olan görüntülərdə altı maskalı şəxsin yerdə uzanmış telekanal işçilərinə silah tuşlaması görünür.

 

 

 

0.023799896240234