Sənətçinin şəxsi səadəti olmur

Sənətçinin şəxsi səadəti olmur
 

Nə ədəbiyyat həyatın özü , nə də taleler bir - birinin eyni deyil , amma oxşar cəhətlər var.
Şamaxı zəlzələsindən sonra ata - anasını , doğmalarını itirmiş Sonanı tale Mutrif Ədilin ocağına gətirib çıxardir . Burada rəqs etməyi , oxumağı və insanları əyləndirməyi öyrənir . Böyüdükcə gözəlləşir , səs - sorağı da ətrafa yayılırdı . Çörək imtahanı utancaqlıq hissini yox etmişdi . Artıq şəhərdə ona " Çəngi Sona " deyirdilər . Molla təbəqəsinin fitvası ilə quldurlar bir gün Mutrif Ədilin ocağına hücum çəkirlər , onu qətlə yetirirlər , gənc quldur Ağa Səmədin mərhəməti sayəsində Sona sağ qalır , yeganə ümüd yeri olan Seyid Əzimin evinə çatdırır özünü . Tam gizli şəraitdə orada gecələyir .Şairin köməkliyi sayəsində Ağsunun ucqarindaki Ərəbçəltikci kəndinə gəlib çıxır . Əliyar bəyin evində qulluqçu kimi çalışır .İllər keçir , onu İsi adında bir nökərə ərə verirlər .Sona ilk məhəbbəti Tərlandan əli üzüldüyu üçün bu evliliyə razılıq verir .Seyid Əzim isə Tərlanla daim yazişir, əlaqə saxlayırdı.O , Türkmənistanda ticarətlə məşğul olurdu . Atası onu Sonaya görə cəzalandirdigi üçün Şirvani tərk edib getmişdi . Tərlan daim Sona ilə maraqlanır , hər zaman onu qəbul etməyə hazır olduğunu yazırdı .Seyid Əzim Şirvani Sonanı tapib görüşəndə is - işdən keçmişdi , o artıq ailə qurmuşdu . Əliyar bəy öləndə artıq Sonanın Qaragilə adında on üç - on dörd yaşında bir gözəl qızı var idi .İşi də ölmüşdü . Əliyar bəyin oğlu Rusiyadan geri qayıtmış , kənddə harin bir həyat yaşayırdı . Bir gün Qaragiləyə tamah salır , Sona bu şərəfsizliyi qəbul etmir və ümidsiz halda evi tərk edir . O , Şamaxıya Seyid Əzimin evinə çatanda artıq ölümcül vəziyyətdə idi . Sona da dünyasını dəyişir , Qaragilə Seyidin himayəsində yaşayır . Seyid bu barədə Tərlana yazır .Tərlan Qaragiləni öz qızı kimi qəbul edəcəyinə söz verib onu yanına göndərməyi Seyiddən xahiş edir . Az keçmir Seyid Əzimin özü də məsciddə aldığı zədələr səbəbindən həyatla vidalaşır . Bu hadisələr Ə.Cəfərzadənin məlum romanınin bir parçasıdır .Qaragilənin taleyi də qeyri - müəyyən qalır ..
Bu hadisələr yenicə rəhmətə getmiş Aygün xanımın ( Allah rəhmət eləsin !) taleyinə az da olsa bənzəyir . Kiçik yaşlarından musiqi məktəbində nağara çalan bir qız gəlib ölkənin tanınan sənətkarına çevrilir , təbii ki , yaxşı insanların köməkliyi ilə .Təkbaşına mübarizə aparır , uğursuz bir ailə həyatı yaşayır , qız övladını tək böyüdür , 14 yaşına çatdırır , həyatda layiq olduğu qiyməti ala bilmir , geyiminə dodaq büzənlər olur , yaltaq olmadığı üçün bəzən heç kimin yadına düşmür .
Və 47 yaşında övladını həyatda tək qoyub dünyasını dəyişir .Aygün xanımın nakam taleyindən çox indi o qızcığazın gələcək taleyi insanları düşündürür .Görəsən o qızın doğma atasının qeyrəti catacaqmi ki öz qızına sahib çıxsın , Tərlan kimi addım atsin ?
Bizim kimi cəmiyyətdə insanların xoşbəxtliyi də zahiridir. Daim müzakirə olunan sənətçilərin isə şəxsi səadəti olmur .

Müəllif: Rövşən Şirəliyev 

"Paralel.az"

0.031464099884033